Növbəti illərdə zəvvarlara Azərbaycandan Həcc ziyarətinə yalnız təyyarə
ilə getmək təklif olunması gözlənilir. Bu barədə Qafqaz Müsəlmanları
İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. O bildirib
ki, artıq Türkiyə, Rusiya, İran və digər ölkələr zəvvarları Həcc
ziyarətinə avtobusla göndərmirlər: “Hamısı təyyarə ilə göndərir.
İndiyədək şəxsi nüfuzundan istifadə edərək, avtobuslarımızın keçdiyi
dövlətlərin rəhbərlərindən zəvvarlarımızın təhlükəsizliyinin təmin
olunması üçün xahiş edirdim. Ancaq çoxlu hadisələr, çətinliklər baş
verir, hər dəfə xahiş etmək olmur. Nəticədə zəvvarlarımız həyatı təhlükə
altına düşə bilər. Bu kimi səbəblərlə əlaqədar yəqin ki, biz də təyyarə
ilə göndərmək variantını seçəcəyik”.
APA