İngiltərədə yaşayan Zara Heçsonun 16 yaşı olsa da, 60 yaşlı qadın kimi görünürdü.
Çox nadir xəstəlik sayılan "Bencamin Batton sindromu" xəstəsi olan Heçson iki yaşında "qocalmağa" başlamışdı.
Onun beli əyilmiş, dərisi qırışmış, gözlərinin nuru getmişdi.
Küçədə oynayanda yaşıdlarının "meymun", "murdar nənə" dedikləri qızın dadına amerikalı plastik cərrah Abhimanyu Qerq çatıb.
İlkin plastik cərrahiyyə əməliyyatından sonra 60 yaşlı qarı kimi görünən 16 yaşlı qız estetik cərrahiyyə sahəsində tanınmış mütəxəssis Rober Ersekə müraciət edib.
Zara indi yaşına uyğun görkəmdədir.
"İndi yaşıdlarım kimi görünürəm. Özümü gənc qız kimi hiss edirəm", - Zara söyləyib.
publika.az