ABŞ-ın Petaluma şəhərində keçirilən ən çirkin it yarışında “Valle” adlı it qalib gəlib.
Başı çox böyük, ayaqları qısa olan itin sahibi deyib ki, iti aktyor və qubernator Arnold Şvarzneqqerə bənzəyir.
Müsabiqədə 29 it ən çirkin olmaq üçün yarışdılar. Müsabiqənin qalibi isə Valle adlı it olub. İtin sahibi deyir ki, sanki onun iti digər itlərin parçalarından düzəldilib. İt sahibinə 1500 dollar qazandırıb.
Həmçinin müxtəlif teleproqramların da qonağı olan sahib məşhur olub.
publika.az