Bakıda Nəqliyyatın İntellektual İdarəetmə Sistemi dekabrın 15-də hazır olacaq
14.12.2011

Bakıda Nəqliyyatın İntellektual İdarəetmə Sistemi dekabrın 15-də hazır olacaq. Bu barədə Koreyanın Azərbaycandakı səfiri Li Ci Ha bildirib.
Səfirin sözlərinə görə, MDB ölkələrindən ancaq Azərbaycanda belə bir sistem olacaq.
Səfir qeyd edib ki, 2007-ci ildə Koreyada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu sistemlə tanış olub və onun Azərbaycanda tətbiqi dövlət başçısının öz ideyasıdır.