İtlər üçün çimərlik açılıb - FOTO
25.6.2013

İspaniyanın Qandiya şəhərində itlər üçün çimərlik açılıb. “Playa Can” çimərliyi Valensiyada itlər üçün qurulan ilk çimərlik oldu.

Bu barədə şəhərin meri Arturo Torro və şəhərin çimərlikləri məsələləri üzrə məsləhətçisi Pepe Xust bildirib. Bu çimərliyə ancaq və ancaq itlər və onların sahibləri buraxılacaq. Onlar da nəhayət ki, Aralıq dənizinin sahillərində rahat istirahət edə biləcəklər.

Bundan başqa, burada itlərin də istirahəti üçün bütün şəraitlər yaradılıb. İt sahibləri çimərlik rəhbərliyi tərəfindən plastik paketlərlə də təmin olunur ki, gedərkən öz sevimli heyvanlarından sonra qalan tullantıları yığışdırsınlar və çimərlik təmiz qalsın.

ANS PRESS