Yolda başına uşaq düşdü
27.6.2013

Türkiyənin Trabzon şəhərində pəncərədən yıxılan balaca qız evin qarşısındakı səki ilə gedən kişinin başına düşüb.

Uşaq və kişi yaralanıblar, xəstəxanaya aparılıblar.

Of rayonunun Bölümlü səmtində baş vermiş olay zamanı 2 yaşlı Zeynep Yazıçı binanın 3-cü mərtəbəsindəki mənzillərinin pəncərəsindən yıxlıb.

O, həmin an yoldan keçən Ahmet Karın başına düşüb.

Uşağın və kişinin durumunun təhlükəli olmadığı deyilir.

Milli.Az