Klaviatura gözlərin hərəkəti ilə yazır
14.12.2011

Hondurasdan olan 17 yaşlı oğlan hələlik misli görünməmiş qacet - gözlərin hərəkəti ilə yazan klaviatura ixtira etmişdir.
Göz almasından kompyuter sistemlərində izləmə sensoru kimi istifadə edilməsi ideyası yeni deyildir, lakin Luis Fernando Kruz cəmi 300 dollara ABŞ üçün işçi versiya işləyib hazırlamışdır. Bu oğlan 16 yaşında öz ölkəsində kompyuter oyunları istehsalı tarixində ilk dəfə olaraq konsol qurğusu icad edib hazırlamaqla informasiya texnologiyaları ixtiraçısı kimi şöhrət qazanmışdır. Gənc alim ümid edir ki, onun son kəşfi şöhrətini daha da artıracaqdır.
İnterfeysin sadə izləmə qurğusu vardır: göz alması. O, necə deyərlər, göz bəbəklərinin hərəkətini kompyuterin ekranında mətnə çevirir. Kruz bunun üçün bir cüt ucuz eynəyə xüsusi elektrodlar qoşmuşdur. Bu elektrodlar elektrokuloqrasiya vasitəsilə baxışın necə dəyişdiyini izləyir.