Londonun cənubundakı Mitçem səmtində yaşayan 2 yaşlı Adam Kirbi valideynlərinin fəxridir. Çünki o, balaca dahi sayılır.
2 yaşlı vunderkind Britaniyanın ən ağıllı, İQ səviyyələri ən yüksək olan insanlarını birləşdirən "British Mensa"ın ən gənc üzvü seçilib.
O, İQ əmsalı səviyyəsinə görə ABŞ prezidenti Barak Obama və Britaniyanın baş naziri Devid Kemeronu da geridə qoyub.
1 yaşından etibarən oxumağa və yazmağa başlayan Adam indi fransız dilini öyrənir.
Stenford-Bine İQ testində 141 bal almış Adamın valideynləri - 33 yaşlı Din və 31 yaşlı Keri-Ennin dediklərinə görə, onların övladları sadəcə, oxumağı çox sevir.
Yaşıdları yenicə yeriməyə başlayan və divarlarda şəkillər çəkən Adam isə Uilyam Şekspir şeirlərini oxumağı sevir, fransız dili ilə yanaşı, yapon və ispan dillərini öyrənir.
Alimlərin dediklərinə görə, Adam Kirbinin İQ səviyyəsi dünyanın ən məşhur siyasətçilərindən 10 bal yuxarı, dahilik səviyyəsindən isə cəmi 4 bal aşağıdır.
Adamın anası Kerri-Enn deyir: "Oğlumun çox ağıllı olduğunu ötən il anladım. O, bir yaşında kitab oxumağa başlamışdı.
Xatırladaq ki, Albert Eynşteynin İQ əmsalı səviyyəsi 160, Napoleon Bonopartda 145, Ziqmund Freyddə isə 156 idi.
Hazırda "Mensa"da yaşları 18-ə çatmamış 1000-dən artıq uşaq qeydiyyata alınıb.
Milli.Az