Arxеoloqlar tərəfindən Cənubi Afrikadakı mağaraların birindən dünyada
yaşı 77 min il olan ən qədim çarpayı tapılmışdır. Bitkilərdən hazırlanan
çarpayı rahat olmaqla yanaşı, həm də ağcaqanadlardan müdafiə edirmiş.
Beynəlxalq arxeoloqlar qrupunun Cənubi Afrikanın Kvazulu-Natal
əyalətindəki Sibudu mağarasında aşkar etdikləri ibtidai insanlara məxsus
çarpayının hündürlüyü 3 metrdir. Alimlər bildirmişlər ki, çarpayının
yaşı çox olmasına baxmayaraq, bir o qədər də pis vəziyyətdə deyildir.
Onun hazırlanması zamanı material kimi həşəratları qovan iyə malik bitki
növlərindən də istifadə edilmişdir.
Tədqiqatçılar aydınlaşdırmışlar ki, Sibududa yaşayan qədim insanlar öz
çarpayılarını dəfələrlə təmir etmişlər. Təxminən 73 min il əvvəl onlar
parazit həşəratlardan xilas olmaq üçün yataqlarını yandırmağa
başlayıbmışlar.