Hansı meyvə yayda rahat yatmağa kömək edir?
27.6.2013

Mütəxəssislər, yay meyvələrinin bir çox xəstəliyə dərman olduğunu və bol miqdarda yeyilməli olduunu deyir. Onlar meyvələrin əsas faydalarını belə sıralayır:

Üzüm: Vücudda zərərli maddə təsirlərinə qarşı qoruyur. Qan azlığının müalicəsində olduğu kimi yüksək təzyiqi kontrol altında saxlmağa yardım edir. Ürək xəstəlikləri və xərçəngə qarşı da qoruyur.

Qarpız: Qarpızın tərkibindəki laykopen olduğu bilinən A və E vitaminlərindən daha təsirlidir.

Yemiş: Tərkibi bol miqdarda B vitamini, brom və yod olduğu üçün sinirləri sakitləşdirir və rahat yatmağa yardım edir. Damar genişlənməsi və qan azlığı üçün də çox təsirlidir.

Moruq: Yaş keçdikcə hafizəmiz də zəifləyir. Yaraların müalicəsində və ayaq yorğunluğunun qarşısını almaq üçün güclü təsirə malikdir. Həmçinin moruq gözəllik qaynağı kimi də qiymətləndirilir.

Çiyələk: A, B1, B2, C və K vitamini, protein, şəkər, meyvə turşusu, dəmir, fosfor, sodium və kalsiumla zəngindir.

Şaftalı: Tərkibi A və C vitamini ilə boldur. Su, duzlar və şəkər baxımından son dərəcə zəngindir. Qəbzliyi aradan qaldırır. Həzmi asanlaşdırır. Sidik kisəsi yollarını təmziləyir. Öd kisəsi və böyrəklər üçün də son dərəcə faydalıdır.

Ərik: Beynin yaxşı fəaliyyət göstərməsini təmin edir və stressi azaldır. Qaraciyərin təmizlənməsinə də kömək edir. Sümüklərin və dişlərin daha sağlam olmasında önəmli rol oynayır. Qan dövranını artıraraq, qan azlığını aradan qaldırır. Cinsi gücü də artırmaqda olduqca faydalıdır.

Alça: Yüksək antioksidant olmaqla yanaşı, detoks gücü ilə də əhəmiyyəyli təsirə malikdir. C vitamini ilə ürəyin də dostudur.

Albalı: C vitamini ilə zəngindir. Həmçinin tərkibində B1, B2, B5 vitaminləri, maqnezium və kalsium da var. Albalının güclü ağrıkəsici olduğu bilinir. Araşdırmalar da göstərir ki, 29 albalıda 12-2 mm qr ağrıkəsici var. Hətta aspirindən 10 qat daha çoxdur.

Publika.Az