Qüsursuz yay makiyajı necə olur? - VİDEO
28.6.2013

Yayın istilərində ağır makiyajlar etmək dərinin nəfəs almasına mane olur. Buna görə də yayda makiyaj da geyimlər qədər rahat və sadə olmalıdır.

Yay makiyajı həm asan olmalı, həm də az olması ilə dərini sakitləşdirməlidir. Günəşin bizi daha çox aydınlatdığı və parlaqlığı ilə enerjimizi yüksəltdiyi yay günlərində, dərinimizi və makiyaj çantamızı ağırlaşdırmadan da gözəl görünmək mümkündür.

Dərini nəmləndirin – Dərini hər gün nizamlı olaraq nəmləndrin. Gənc və parlaq görünmək də faydası çox böyükdür. Yayda günəşdən qorucuyu nəmləndirici kremlər alın. Günəş şüalarından qoruyan nəmləndiricilər daha effektlidir. Mütəxəssislər, yay aylarında nəmləndirilmiş dərini ən sağlam örtən məhsulun kirşan olduğunu deyir. Yayda dəri qaraldığı üçün tünd kirşanlardan istifadə etmək məsləhət görülür.

Cəzibədar gözlər – Üzün ən maraqlı və mənalı bölgəsi olan gözləri heç vaxt makiyajsız qoymaq olmaz. Gözaltı korrektoru astaca barmaqlarınızla göz ətrafına çəkin. Göz qələmi ilə gözlər çevrələnir. Gözləri və baxışları daha cazibədar etmək üçün tuş çəkilir. Yayda gündəlik makiyajda gözlərə kölgə çəkmək məsləhət görülmür. Bunun əvəzində isə istədiyiniz qədər suya dayanıqlı tuş çəkə bilərsiniz.

Dolğun dodaqlar – Dodaq makiyajı üçün yay ayları ərzində parladıcı makiyaj çantasından əskik olmamalıdır. Parldıcı həm dodaq çevərisini dolğun göstərir, həm də nəmləndirici təsirə malik olduğu üçün dodaqları quruluqdan qoruyur. İstədiyiniz rəng parladıcı ilə dodaq makiyajınızı tamamlaya bilərsiniz.

Yay aylarında bu makiyajla dəriniz həm istirahət edəcək, həm də çantanız yüngülləşəcək. Yay makiyajı sizi daha gözəl göstərərkən, sadəliyin duru zərafətini isə simanızda əks etdirəcək.
Video

Publika.Az