İngiltərənin Lankaşir şəhərində yaşayan 47 yaşlı qadın super duyma problemi yaşayır.
Üç uşaq anası olan Culi Redfern o qədər güclü eşidir ki, hətta bədənindəki səsləri belə eşidə bilir. Başının içindəki səsə dözə bilmədiyi üçün alma yemir, yüksək səsləri dinləyə bilmir.
Qırx yaşından bəri bu problemi yaşayan qadın gözlərinin belə səsini eşidə bilir. Həkimlər qadının nadir xəstəliyə yoluxduğunu, qulaqlarındakı sümüklərin aşınaraq həssas olduğunu bildiriblər. Redfern bu yaxınlarda 5 saatlıq əməliyyatdan sonra qulaqlarından birini normallaşdıra bilib. Hazırda ikinci əməliyyata hazırlaşır.
publika.az