Azərbaycanla vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələrin siyahısına dəyişiklik edilib - SİYAHI
28.6.2013

Azərbaycanla vizasız gediş-gəliş rejimi tətbiq edilən ölkələrin siyahısına dəyişiklik edilib.

İyunun 14-də edilən dəyişikliyə əsasən, vizasız gediş-gəliş rejimi tətbiq olunan 47 ölkədən 28-də diplomatik və xidməti, 6-da yalnız diplomatik, 8-də diplomatik, rəsmi və xidməti, 4-də diplomatik, xidməti və xüsusi, 1-də isə diplomatik, rəsmi, xidməti və xüsusi pasportların sahibinə vizasız gediş-gəliş hüququ verilir.

Bu ölkələrdən yalnız İran, Pakistan və Vyetnamda vizasız yaşamaq üçün icazə verilən müddət 1 ay, 8 ölkədə 30 gün, 16 ölkədə isə 90 gün təşkil edir.

Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları isə İran (15 gün) və Türkiyə (1 ay) ilə vizasız gediş-gəliş hüququna malikdir.
Qeyd edək ki, Azərbaycanda mövcud viza rejimi “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Hazırda dövlətlərarası müqavilələrə uyğun olaraq, bir sıra ölkələrlə Azərbaycan Respublikası arasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq edilir.
Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələrin siyahısı belədir:

 

Ölkənin adı

Vizasız rejim tətbiq edilən pasportların növü

İki ölkə ərazisində vizasız yaşamaq üçün icazə verilən müddət

1

Albaniya

Diplomatik və xidməti

90 gün

2

Argentina

Diplomatik, rəsmi və xidməti

30 gün

3

Avstriya

Diplomatik və xidməti

90 gün

4

Belarus

Diplomatik və xidməti

90 gün

5

BƏƏ

Diplomatik və xidməti

90 gün

6

Bolqarıstan

Diplomatik və xidməti

90 gün

7

Bosniya və Herseqovina

Diplomatik və xidməti

30 gün

8

Braziliya

Diplomatik, rəsmi və xidməti

90 gün

9

Çin

Diplomatik və xidməti

30 gün

10

Xorvatiya

Diplomatik və xidməti

30 gün

11

Estoniya

Diplomatik

90 gün

12

Fransa

Diplomatik

90 gün

13

Gürcüstan

Diplomatik və xidməti

90 gün

14

İndoneziya

Diplomatik və xidməti

30 gün

15

İordaniya

Diplomatik və xidməti

90 gün

16

İran

Diplomatik və xidməti

1 ay

17

Ispaniya

Diplomatik

90 gün

18

İtaliya

Diplomatik və xidməti

90 gün

19

Kolumbiya

Diplomatik, rəsmi və xidməti

90 gün

20

Koreya

Diplomatik, rəsmi və xidməti

30 gün

21

Kuba

Diplomatik, rəsmi və xidməti

90 gün

22

Küveyt

Diplomatik, xidməti və xüsusi

90 gün

23

Qazaxıstan

Diplomatik və xidməti

90 gün

24

Qırğızıstan

Diplomatik və xidməti

90 gün

25

Litva

Diplomatik

90 gün

26

Liviya

Diplomatik, xidməti və xüsusi

90 gün

27

Macarıstan

Diplomatik və xidməti

90 gün

28

Meksika

Diplomatik

90 gün

29

Mərakeş

Diplomatik, rəsmi, xidməti və xüsusi

90 gün

30

Moldova

Diplomatik və xidməti

90 gün

31

Monteneqro

Diplomatik və xidməti

90 gün

32

Özbəkistan

Diplomatik və xidməti

90 gün

33

Pakistan

Diplomatik və xidməti

1 ay

34

Polşa

Diplomatik

90 gün

35

Portuqaliya

Diplomatik və xidməti

90 gün

36

Rumıniya

Diplomatik və xidməti

90 gün

37

Rusiya

Diplomatik və xidməti

90 gün

38

Serbiya

Diplomatik, xidməti və rəsmi

90 gün

39

Slovakiya

Diplomatik və xidməti

90 gün

40

Sloveniya

Diplomatik və xidməti

90 gün

41

Suriya

Diplomatik, xidməti və xüsusi

30 gün

42

Tacikistan

Diplomatik və xidməti

90 gün

43

Türkiyə

Diplomatik, xidməti və xüsusi

90 gün

44

Türkmənistan

Diplomatik və xidməti

30 gün

45

Ukrayna

Diplomatik və xidməti

90 gün

46

Vyetnam

Diplomatik, xidməti və rəsmi

1 ay

47

Uruqvay

Diplomatik, xidməti və rəsmi

90 gün

 APA