Günün ulduz falı
15.12.2011

Qoç - Ulduzlar hələ də sizin tərəfinizdədirlər. Dünən çatdıra bilmədiyiniz işləri bu gün müvəffəqiyyətlə başa vura biləsirinz. Bundan başqa, gün işgüzar təmaslar, əməkdaşlığın müzakirəsi üçün münasibdir. Siz hər şeydə haqlı olduğunuza istənilən həmsöhbətinizi inandırmağa qadirsiniz. Hətta, ən inadcıl opponent də bu gün fikrinizi dinləyəcək.

Gün ərzində böyük uğurlar qazanacaqsınız. Ona görə də əla əhval-ruhiyyə və sərhədsiz nikbinliyinizə təəccüblənməyə dəyməz. Yeni tanışlıqlar mümkündür. Təşəbbüsləri ehtiyatla irəli sürün. O, qərarsız və fəallığı az olan insanları qorxuda bilər.

Buğa - Səbrinizi toplayın. Əlverişli mərhələ yaxındır. Lakin təəssüf ki, o, bu gün başlamayacan. Hələlik isə maneələri aşmalı, bədxahlarınızla mübarizə aparmalı olacaqsınız. İşdə həmkarlarınızla fikir ayrılıqları döyüş ruhunuzu bir qədər azaldacaq. Belə bir “dəstək qrupu” ilə nəyəsə nail olmağın mümkünlüyündən şübhələnməyə başlayacaqsınız.

Ailə problemləri mümkündür. Onlar mülk və maliyyə ilə bağlı olacaq. Çalışın bu məsələlərdən heç birini diqqətdən kənarda qoymayasınız.

Əkizlər - Əvvəllər başladığınız bütün layihələri başa çatdırmağa çalışın. Qarşıdakı günlər çətin olacaq və əlverişsiz mərhələyə yarımçış işlər və həll olunmamış məsələlərlə daxil olmaq məsələhət deyil. Bu gün nüfuzlu şəxslərlə istənilən təmaslar üçün münasibdir. Hüquqi məsələlərin həlli, sənədləşmə işləri ilə məşğul olmaq mümkündür. Dövlət təşkilatlarının nümayəndələri ilə görüşlər məhsuldar olacaq.

Əhval-ruhiyyəniz o qədər yaxşı olmayacaq. İntuisiyanız tezliklə probelmlərin yaranacağından xəbər verir və bu, təlaş yaradır. Lakin ətrafınızda sizi şənləndirməyə, ruhlandırmağa çalışan insanlar tapılacaq.

Xərçəng - Asan olmayan, amma vacib məsələnin həllinə başlamağın vaxtı çatıb. Çətin ki, onun öhdəsindən birdən-birə gəlmək mümkün olsun. Lakin bu gün necə hərəkət etməyin lazım olduğunu başa düşəcək, aralıq məqsədləri müəyyənləşdirə biləcəksiniz. Gün uzunmüddətli planlaşdırma, imkanlanların obyektiv dəyərləndirilməsi üçün münasibdir.

Yaxınlarınızla münasibətlər harmonik olacaq. Yalnız xırda anlaşılmazlıqlar mümkündür. Ciddi fikir ayrılıqlarından qorxmağa dəyməz. Köhnə tanışlarınızdan gözlənilməz təkliflər ala bilərsiniz. Bu gün riskə getmək olar və lazımdır.

Şir - Əlverişli gündür. Günün birinci yarısı həyatınızda əhəmiyyətli rol oynayacaq vacib və maraqlı hadisə ilə yadda qalacaq. Çoxdandır fikrinizdə tutduğunuz planı reallaşdırmaq, mövqelərinizi möhkəmləndirmək imkanı yaranacaq. Karyera yüksəlişi mümkündür. Sövdələşmələr üçün münasib gündür.

Emosional fon sabit deyil. Buna baxmayaraq, arada nikbinliyinizi itirsəniz də, bu, uzun çəkməyəcək.

Qız - Səfərlərə, o cümlədən, uzaq və uzunmüddətli səfərlərə yollanmaq olar. Yolda sizi uğur müşayiət edəcək. Hər yerdə tərəfinizdə olacaq adamları tapacaqsınız. Yeni ideyalar və təşəbbüslər meydana gələcək, eləcə də, məqsədinizə çatmaqda kömək etmək arzusunda olan müttəfiqlər ortaya çıxacaq. Lakin ən əvacib qələbələri bu gün qazanmayacaqsınız.

Övladlarınıza və digər azyaşlı qohumlarınıza diqqət ayırmaq lazımdır. Ailə işləri sizdə xüsusi maraq oyatmır. Axşam saatları SPA salonunda dincəlmək və ya evdə müvafiq prosedurları həyata keçirmək üçün münasib vaxtdır.

Tərəzi - Bu gün önünüzdə cəlbedici perspektivlər açmayacaq, uğura heç bir şans verməyəcək. Yalnız gərgin əmək nəticəsində problemlərdən yayınmaq, ehtiyatlılıq sayəsində isə bədxahlarınızın tələlərindən xilas olmaq mümkündür. Günün birinci yarısında çox ciddi olmalısınız – ətrafdakılar yüngülxasiyyətlilik hesab etdikləri hər şeyi pisləməyə hazırdırlar.

Axşama yaxın həyatınız bir qədər asanlaşacaq, gülmək üçün imkan və səbəb yaranacaq, əla dəstə yığmaq və vaxtınızı mənalı keçirmək imkanı əldə edəcəksinix. Bu gün musiqi və ya rəssamlıqla məşğul olmaq üçün münasibdir.

Əqrəb - Daha bir çətin gün… və bundan sonra hər şey yaxşı olacaq. Bu gün riskə getməməyə çalışın və doğrudan da yaxşı bacardığınız işlərlə məşğul olun. İmprovizasiyalardan udaq durun və əvvəlcədən qurulmuş plana uyğun hərəkət etməyə cəhd göstərin. Vaxtınızın çoxunun hədər gedəcəyinə hazır olun – boş danışıqlara, predmedsiz mübahisələrə, yayındırıcı məsələlərin müzakirəsinə vaxt itirəcəksiniz.

Yaxınlarınıza qarşı tənqidi münasibətiniz incikliklərə səbəb ola bilər. Kiimnsə xətrinə dəyə biləcək zəhərli irad və zarafatlardan uzaq olun.

Oxatan - Çox sürətlə, hətta, həmişəkindən də tez hərəkət edin. Bu gün əlverişlidir. Amma təəssüf ki, müsbən tendensiyaların təsiri sərhədsiz deyil. Əgər hansısa vacib işə cirişsəniz, yalnız öz gücünüzə bel bağlayın. Bu gün bəstək vəd edən edən müttəfiqləriniz çətin ki çətin vəziyyətdə sizə kömək edə bilsinlər və ya bunu istəsinlər.

Yeni romantik münasibətlərə başlamaq, sevgi etirafı etmək üçün əla gündür. Şəxsi həyata aid hər şeydə improvizasiyalar nəinki yerindədir, həm də vacibdir.

Oğlaq - Bəxtiniz istədiyiniz kimi gətirmir. Lakin reallıqla hesağlaşmalı olacaqsınız. Özünüzdən baş çıxarmağınız, fikir və hisslərinizi yerbəyer etməyininiz alınmır. Yaranmış vəziyyətə görə çox həyəcanlanırsınız. Lakin buna dəyməz. Məsləhətləşməyə heç kim olmayacaq. Ona görə də vəziyyətdən təkbaşına baş çıxarmalı olacaqsınız.

Şən, gülərüz və işgüzar adamlarla ünsiyyətə can atacaqsınız. Məhz belə adamlar öz enerjisini səxavətlə bölüşür, sizi nikbinliyinə şərik edir. Romantik məşğuliyyət mümkündür.

Dolça - Təxribata uymamaq çox vacibdir. Bu gün təxribatlar çox olacaq. Ciddi məsələləri heç kimdən məsləhət, yardım və mənəvi dəstək gözləmədən, müstəqil şəkildə həll etmək üçün özünüzdə güc tapın. Daxili qərarlılıq, hətta, ən əlverişsiz vəziyyətə qarşı müqavimətə hazırlıq sizə əlavə güc verəcək.

Günün emosional fonu o qədər də əlverişi deyil. Əlavə yükdən yayınmağa çalışın.

Balıqlar - Həyatınızda nəyisə dəyişmək istəyirminiz. Lakin bu təhlükəli arzudur. Bu gün belə arzu üzündən düşünülməmiş hərəkətlərə yol verə, sonradan peşiman olacağınız addımlar ata bilərsiniz. Diqqətinizi cari işlərə cəlb tməyə çalışın. Bütün qəhrəmanlıq və çoşğunluqları gələn həftənin əvvəlinədək təxirə salın.

Həyat potensialı yüksək səviyyədə olacaq, özünüzü enerjili və güclü hiss edəcəksiniz. İdman, rəqs və gəzinti faydalıdır.