Tbilisi prospektinin bir hissəsi bir həftəlik bağlanır - Xəritə
28.6.2013

Bu gün Bakı şəhərinin Tbilisi prospektinin bir hissəsi avtomobillərin hərəkəti üçün bağlanacaq.

«Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, bu gecə saat 00:00-da Tbilisi prospektinin Həsən Əliyev küçəsi ilə kəsişməsindən Abdulvahab Salamzadə küçəsi ilə kəsişməsinədək hissəsi avtomobillərin hərəkəti üçün bağlanacaq: «Yolun bu hissəsinin bağlanması təmir işlərinin aparılması ilə əlaqədardır. Təmir işləri təxminən 5-6 gün davam edəcək».

P.Mürsəliyev onu da bildirib ki, şəhərin mərkəzindən «20 Yanvar» metro stansiyası istiqamətinə Tbilisi prospekti ilə hərəkət edən avtomobillər Həsən Əliyev küçəsinə dönə biləcək. Eyni zamanda, «20 Yanvar» metrosundan şəhər mərkəzi istiqamətində də hərəkət açıq olacaq.

APA