Praqada “Bank və maliyyə idarəetmə - 2013” adlı yay məktəbi təşkil olunur
28.6.2013

Praqa İnkişaf Mərkəzi (PRADEC) tərəfdaşları ilə birlikdə (Avropa Maliyyə Planlaşdırma Assosiasiyası, Maliyyə və İdarəetmə Universiteti, London Beynəlxalq Məzun Məktəbi) “Bank və maliyyə idarəetmə - 2013” adlı yay məktəbi təşkil edir.
Azərbaycan Dövlət İqtisad Universitetindən bildirilmişdir ki, yay məktəbi ən qabaqcıl idarəetmə alətləri və dəyərli təcrübələr, maliyyə və bank sahəsində ən son yeniliklərə geniş ekskursiya təklif edir.
Layihə çərçivəsində maliyyə böhranı dövründə sənayedə maliyyə xidmətləri, Avropada maliyyə texnologiya tendensiyaları və innovasiyaları, maliyyə və kapital idarəetmədə cari məsələlər və digər sahələr üzrə akademik və peşəkar təcrübə birləşdirməsi nəzərdə tutulur. Maraqlananlar əlavə məlumatları http://www.questreach.com/component/content/open-program/102/overview internet saytından əldə edə bilərlər.

© AzərTAc