Təlimatçı qadınların daha yaxşı sürücü olduğunu iddia etsə də, polislər buna qəti şəkildə etiraz edirlər.
Hər il ölkədə avtomobil idarə edən qadınların sayı artır.
Lakin kişilər daha çox ehtiyatsızlıq, öz imkanlarının düzgün qiymətləndirilməməsi və yol hərəkəti qaydalarına əməl etmədiklərinə görə qəza törədirlərsə, qadınlarda qəzaların səbəbləri əsasən artıq ehtiyatkarlıq və təcrübə çatışmazlığıdır.
“Azərbaycan qadınlarının 10%-dək hissəsi avtomobilə sahibdir. Qadınlar sükan arxasında daha sakit və səbrlidirlər. Lakin onların əksəriyyəti bir o qədər də yüksək sürücülük təcrübəsinə malik deyillər. Kritik hallarda qadınlar özlərini itirirlər ki, bu da qəza vəziyyətinə səbəb olur. Sükan arxasına yeni əyləşmiş belə qadınlar tez-tez məntiqsiz hərəkətlər edirlər. Məsələn, sürücü sağa dönmək istəyirsə, o, əvvəlcədən sağ xəttə keçməli və sonra dönməlidir. Bunun əvəzinə qadın sürücü bilavasitə üçüncü, bəzən isə ikinci xətdən dönməyə çalışırlar. Şübhəsiz, belə hərəkətlər kişi sürücülərin qəzəbinə səbəb olur”.
Bu barədə “Exo”ya MBA consulting-in baş direktoru Nüsrət İbrahimov bildirib.
Onun sözlərinə görə, kişi və qadın sürücülüyü arasında müəyyən fərq var. Qadınlar tez-tez orta sürətlə hərəkət edə, bu zaman telefonla danışa, güzgüyə baxa, musiqi dinləyə və bununla da yoldakı maşınlardan geri qala bilərlər, çünki kişilər maşını daha sürətlə idarə edirlər. Ümumi axını pozduğu üçün qadına siqnal verib ondan bir qədər sürətli getməyini tələb etdikdə isə, o, irəli sürülən iddialardan çox təəccüblənir. Ekspertin fikrincə, hətta maşını yaxşı idarə edən qadınlar da bu cür hərəkət edirlər.
Bununla belə, bütün avtomobil sürən qadınları eyni tutmaq düzgün deyil. Sürücülük üzrə təlimatçı Fərman Namazovun bildirdiyinə görə, kurslarda qadın sürücülər kişilərdən fərqli olaraq, daha ciddi olur, diqqətlə qulaq asır və ardıcıl şəkildə öyrənirlər (Day.az)
Təlimatçı iddia edir ki, qadın sürücülər üç kateqoriyaya ayrılır. Birinci kateqoriya yaşı 30-dan çox, özlərinə təkcə həyatda deyil, sükan arxasında da əmin olan müasir biznes-ledilərdir.
Yol hərəkəti qaydalarına münasibətdə çox “sözəbaxan” olmaları ilə fərqlənən ikinci kateqoriya evdar qadınlardır. Onların sürücülük üslubu da uyğundur: tez-tez maşında uşaqlarını apardıqları üçün belə qadınlar avtomobili çox səliqəli idarə edir, sürət həddini aşmır və heç zaman qırmızı işıqdan keçmirlər.
Və nəhayət tez-tez qalan insanların ədalətli narazılıq hədəfinə çevrilən üçüncü kateqoriya qadınlar – bunlar, yaşı 17-dən 30-dək olan, avtomobili ataları və ya ərlərinin aldığı gənc qızlardır. Belə qızlar özlərini sükan arxasında çox ehtiyatsız aparır, maşını harada gəldi saxlayırlar.
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyevin bildirdiyinə görə, hazırda təxminən bir milyon yarım avtomobil sürücüsü var ki, onların da təxminən 40-42 mini qadınlardır.
Əliyevin sözlərinə görə, yol hərəkəti qaydalarını daha çox qadınlar pozur.
“Bununla belə, pozuntular o qədər də ciddi deyil. Çox vaxt onları sükan arxasında telefonla danışmaq və hərəkətdə olarkən bəzənməkdə ittiham etmək olar” – deyə, o bildirib.
Eyni şeyi Bakı şəhəri Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov da iddia edir:
“Qadınlar tez-tez onların cinsinə xas olan pozuntulara yol verir, diqqətsiz ola bilərlər”.
Əsədovun sözlərinə görə, yol hərəkəti qaydaları pozuntularının 20%-i zərif cinsin payına düşür. Və yol qəzalarında, hətta ölümlə nəticələnən qəzalarda da qadınlar geri qalmırlar: qəzaların 15-18%-i onların payına düşür.
Oxu.Az