Araşdırmalara əsasən, məlum olub ki, istifadəçilər onlayn-ticarətə 1 dəqiqə ərzində orta hesabla 272 min dollar vəsait xərcləyirlər. Bu isə saniyədə 4,5 min dollar, gün ərzində 391 milyon dollar deməkdir. DOMO analitik şirkətinin məlumatına görə, YouTube videohostinq xidmətinə hər dəqiqə ərzində 48 saatlıq video yüklənilir, həmçinin 1 dəqiqə ərzində göndərilən məktubların sayı 204,1 milyona çatır.
Google şirkəti 1 dəqiqə ərzində təxminən 2 milyon axtarış sorğusu emal edir, Twitter istifadəçiləri 100 min tvit göndərir, Flickr foto xidmətinin istifadəçiləri 3100 foto dərc edirlər. Bundan əlavə, qlobal şəbəkədə 1 dəqiqə ərzində 571 yeni veb-sayt yaradılır.
big.az