Bakıda III kitab sərgi-yarmarkası keçiriləcək
1.7.2013

Sentyabrın 23-dən 25-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı ilə Azərbaycan paytaxtında üçüncü Bakı Beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcək.

Sərgi-yarmarka Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.

Sərgi-yarmarkada nəşriyyatlar buraxdıqları nəşrləri nümayiş etdirmək, satmaq, iştirakçı xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı əldə edəcək.

APA