Akademik Milli Dram Teatrı iyulun 14-də teatr mövsümünə yekun vuracaq. Teatrın mətbuat katibi Elçin Cəfərovun APA-ya verdiyi məlumata görə, Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-Vəziri-Xani-Lənkəran” tamaşası ilə teatr mövsümü bağlanacaq. Tamaşanın quruluşçu rejissoru Vaqif İbrahimoğlu, rejissoru Tural Mustafayevdir. Əsas rollarda xalq artistləri Nurəddin Mehdixanlı və Cəfər Namiq Kamal çıxış edəcəklər.
APA