Alimlər bildiriblər ki, yemək yeyərkən boşqab, çəngəl, bıçaq və qaşığın materialından, rəngindən və böyüklüyündən çox şey asılıdır. Belə ki, qırmızı rəng insanları arıqlatmağa kömək edir.
Oxford universitetinin apardığı araşdırmalardan məlum olub ki, qırmızı boşqabda qoyulan yeməklər daha az yeyilir. Məsələ ondadır ki qırmızı rəng iştahanı küsdürür.
Alimlər çox yemək yeyən adamlara qırmızı rəngi məsləhət görmürlər. Arıqlamaq istəyənlər üçünsə ideal rəngdir.
publika.az