“MEGA Holding” şirkəti Bakıda, eləcə də Azərbaycanın bölgələrində nadir yaşayış kompleksləri, biznes-mərkəzləri və olimpiya kompleksləri inşa edir. Paytaxtda inşa olunan “TWIN TOWER hotel complex” yaşayış kompleksi ən yüksək Avropa standartlarına cavab verən layihələrdən biridir.
Şirkətdən bildirilmişdir ki, tikintisi davam edən “TWIN TOWER hotel complex” müasir Qərb standartlarının tələblərinə uyğun inşa olunur. Layihədə bütün kompleksin hidroizolyasiyası, drenaj sistemləri, mərtəbə və mənzilarası səs izolyasiyası, mərkəzləşdirilmiş isti-soyuq su və istilik sistemləri, elektrik təchizatı, ventilyasiya, kanalizasiya və digər məsələlər öz həllini tapmışdır.
Kompleksin bütün mühəndis sistemləri mərkəzi dispetçer məntəqəsinə qoşulacaq və prosesə bütün gün ərzində peşəkar heyət tərəfindən nəzarət ediləcəkdir. Kompleksin əsas üstünlüklərdən biri də müasir mühafizə və nəzarət sisteminin qurulması olacaqdır. Gecə və gündüz fasiləsiz videomüşahidə aparılacaq, binalara, yeraltı qaraja və digər obyektlərə giriş yalnız xüsusi buraxılış kartları vasitəsilə həyata keçiriləcəkdir.
Bütün mühəndis və memarlıq işlərinə tanınmış Avropa şirkətləri nəzarət edəcəklər.
AzərTac