Görkəmli bəstəkar Hacı Xanməmmədovun yubileyi qeyd olunacaqdır
1.7.2013

İyulun 9-da Beynəlxalq Muğam Mərkəzində görkəmli bəstəkar Hacı Xanməmmədovun 95 illik yubileyi keçiriləcəkdir.
Azərbaycan Televiziyası və Radiosunun musiqi kollektivlərinin bədii rəhbəri Ramil Qasımov bildirmişdir ki, gecədə AzTV-nin solistləri İlahə Əfədiyeva, Bəyimxanım Vəliyeva, Səbinə Ərəbli, Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Zabitə Alıyeva, Günay İmamverdiyeva, estrada simfonik orkestrinin caz-vibrafon ifaçısı Allahyar Vəzirov çıxış edəcəklər. A.Vəzirov vibrafonda ilk dəfə Hacı Xanməmmədovun əsərini səsləndirəcəkdir.
Ramil Qasımov isə fortepianoda Leyla Nəzərovanın müşayiəti ilə bəstəkarın “Bir dəqiqə” operettasından bir neçə ariya oxuyacaqdır.
Gecədə, həmçinin “Sevil” vokal instrumental ansamblı, xalq artistləri – Canəli Əkbərov və tarzən Ramiz Quliyev də mərhum sənətkarın yubileyinə öz musiqi töhfələrini təqdim edəcəklər.

AzərTac