7 ildir Londonun Stansted hava limanında işləyən 31 yaşlı Kris Holmes xəyallarını gerçəkləşdirmək üçün dünyada bir ilkə imza atmışdır.
Uzun müddətdir hobbi olaraq tort bişirən K.Holmes istefasını da tort üzərinə yazmışdır. Tortun üzərində “Bu gün mənim 31-ci ad günümdür və yenicə ata olmuşam. Çox dəyərli olduğunu düşündüyüm həyatımı özümü və başqalarını xoşbəxt etməyə sərf edəcəyəm. Bu səbəblə sizə istefamı və qalan vaxtımı ailəm və tort işi ilə keçirəcəyimi bildirmək istəyirəm. Şirkətə və iş yoldaşlarıma gələcək həyatlarında uğurlar arzu edir bu tortu bəyənənlərin internetdən sifariş verə biləcəklərini bildirmək istəyirəm” sözləri yazılmışdır.
K.Holmes aşıqlamasında tortu alan müdirinin çox təəccübləndiyini və bundan sonra sevdiyi işi edəcəyi üçün özünü xoşbəxt hiss etdiyini bildirmişdir.
Azərtac