Çində keçmiş daş karxanasını otelə çevirəcəklər
1.7.2013

“Daily Mail” nəşrinin verdiyi məlumata görə, Çindəki Tyanmen dağının yamaclarında 100 metr dərinlikdə yerləşən keçmiş daş karxanasında beşulduzlu otel tikiləcəkdir.
Dəyəri 532 milyon dollar olan bu otelin layihəsi Britaniyanın “Atkins” şirkəti tərəfindən hazırlanmışdır. 19 mərtəbəli oteldə 380 nömrə olacaqdır.
Otelin iki mərtəbəsi suyun altında, binanın qalan hissəsi isə çapılmış dağın içərisində yerləşəcəkdir. Burada qonaqlar su idmanı, alpinizm və banci-campinq ilə məşğul ola biləcəklər.
Otelin sualtı mərtəbələrində akvarium düzəldiləcəkdir. Akvariumun divarcıqları restoranlar və konfrans zalları üçün pəncərə rolu oynayacaqdır.
Qonaqlar öz nömrələrindən çıxmadan 100 metr hündürlüyündə fəvvarəyə tamaşa edə biləcəklər.
Otelin tikintisini 3 il ərzində başa çatdırmaq planlaşdırılır. Burada nömrələrdə bir gecə almaq təxminən 300 dollara başa gələcəkdir.

Azərtac