Meksikalı Manuela Hernandez 100 yaşında ibtidai sinfi bitirib.
Oaxaca əyalətində 1913-cü ildə doğulan Manuela Hernandez ev işlərində anasına kömək etmək üçün məktəbə getməyib.
99 yaşında nəvəsinin məsləhəti ilə məktəbə geri qayıdan nənə ibtidai sinfi bitirdi.
Uno adlı televiziya kanalında danışan Hernandez “məktəbi çox sevirdim, lakin şərtlər ağır idi, oxuya bilmədim” -deyib. Hernandez onu da bildirib ki, həyat imkan versə təhsilini davam etdirməyi də düşünür.
publika.az