Böyüdükcə uzaqlaşdığımız velosipedinizə geri dönmək üçün 10 səbəb
1. Formunuzu qoruyacaqsınız – Nizamlı olaraq edilən məşqlər kimi velosiped də əzələlərin yaxşı fəaliyyət göstərməsinə səbəb olur. Eyni zamanda aşırı kilo almağın qarşısını alır, xolestrol, şəkər və yüksək təzyiq kimi xəstəliklərin qarşısını alır. Bu əyləncəli idmana gündə sadəcə 1 saatnızı ayıraraq, 300 kalori itirmək mümkündür.
2. Daha çox oksigen alacaqsınız – Maşın yerinə velosiped istifadə etdiyiniz zaman hər kilometrdə karbonomonoksik, karbondioksit, azot və benzin kimi qazlara daha az məruz qalırıq. Bu da sağlam və təbii hava almağa kömək edir. Lakin velosipedi əsas yollarda deyil, daha yaşıl yollarda sürün.
3. Ağırlığınızı azaldacaq – Revmatizma ağrılarından şikayət edənlərin tək etməli olduğu iş kürəyi düz istiqamətdə tutmaqdır. Beləcə kürək ağrılarına son qoya bilərsiniz. Həmçinin əzələlərinizi gücləndiyi üçün ağrılar azalacaq.
4. Vaxtınız qalacaq – Maşın üçün park yeri axtarmağa vaxt sərf etməyəcəksiniz. Saatlarla tıxacda qalmayacaqsınız və istədiyiniz yerə çox asanlıqla gedə biləcəksiniz.
5. Stressdən uzaq olacaqsınız – Velosipedə minməklə ritmik hərəkətlər insanları gündəlik həyatlarında məruz qaldıqları bütün mənfi təsirlərdən uzaqlaşdırır və rahatlaşdırır. Hərəkət edən bədən 30-40 dəqiqə sonra endorfin yaradır. Bu da insanın özünü xoşbəxt hiss etməsinə kömək edir
6. Şəhəri yenidən kəşf edəcəksiniz – Velosiped üzərində gəzərkən şəhərin gözəl yerlərini yenidən kəşf edəcəksiniz.
7. Qlobal istiləşməsinin qarşısını alacaqsınız – Benzindən istifadə edilmədiyi üçün sağlam həyat tərzi sürəcəksiniz. Həm də havaya zərər verməyəcəksiniz.
8. Daha etibarlı olacaqsınız – Velosipedlə maşınların arasından asanlıqla keçib gedə biləcəksiniz. Digər avtomobillərin arasından daha asan gedəcəksiniz.
9. Daha sağlam olacaqsınız – Velosipedlə gəzmək, idman etmək deməkdir. Çoxlu oksigen qəbul etdiyiniz və vaxt itkisi yaşamadığız üçün sinirləriniz pozulmayacaq.
10. Gələcəkdə tıxac probleminin qarşısını almış olacaqsınız – Velosipedlə gələcəkdə yollarda yarana biləcək tıxacların qarşısını ala bilərsiniz.
Publika.Az