Nazir: “Azərbaycanda yay mövsümündə turizm qiymətləri 15-20 faiz aşağı düşüb”
6.7.2011

Azərbaycanda keçiriləcək “Eurovision 2012” yarışmasına hazırlıq üzrə Təşkilat Komitəsinin hər bir üzvü öz sahəsinə müvafiq olaraq ona verilən tapşırıqlarla məşğul olur.
Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib: “Biz də turizm sahəsi üzrə verilən tapşırıqları yerinə yetiririk”.
Əbülfəs Qarayev açıqlamasında Azərbaycanda turizm qiymətləri barədə də danışıb. Nazir deyib ki, onlar mütəmadi olaraq turizm qiymətləri ilə bağlı monitorinqlər keçirirlər: “Bu il yay mövsümündə turizm qiymətləri 15-20 faiz aşağı düşüb. Üstəlik, Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən şirkətlər əlavə xidmətlər də təklif edirlər”.