Bakıda “Eurovision-2012”lə bağlı təhlükəsizlik və kommunikasiya məsələləri müzakirə olunub
15.12.2011

“Eurovision-2012”-yə hazırlıq çərçivəsində Bakıda təhlükəsizlik və ictimaiyyətlə əlaqələrə həsr olunan iclas keçirilib. İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən verilən məlumata görə, iclasda Avropa Yayımları Birliyini “Eurovision” Mahnı Müsabiqəsinin baş prodüseri Yan Ola Sand, “Eurovision TV”-nin direktoru Jorqan Frank, “Eurovision” Mahnı Müsabiqəsinin təşkilatçı prodüseri Sietse Bakker, Avropa Yayımları Birliyinin Media ofisinin rəhbəri Karen Mazzoli təmsil edib. Daha sonra İctimai Televiziya və Radio Yayımları Şirkətində də olan qonaqlar 1-ci kanalı tərəfdaş kimi yüksək dəyərləndiriblər.
Qeyd edək ki, müsabiqəyə hazırlıq çərçivəsində növbəti görüş yanvar ayında keçiriləcək.