Rusiyanın Tver vilayətində SSRİ və Azərbaycanın xalq artisti Müslüm Maqomayevin xatirəsi əbədiləşdirilib.
Xatirə lövhəsi iyunun 29-da müğənninin oxuduğu Vışniy Voloçek şəhərinin incəsənət məktəbinin binasına vurulub.
Lövhənin quraşdırılması üçün sərf olunan vəsait Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti tərəfindən ayrılıb. Açılış mərasimində həm Azərbaycan, həm də Rusiya tərəfindən yüksək vəzifəli şəxslər iştirak edib.
Qeyd edək ki, M. Maqomayevin uşaqlıq xatirələri Vışniy Voloçek ilə bağlıdır. O bura 1949-cu ildə gəlib və fortepiano sinfini bitirib. Bu barədə o, özünün “Melodiya-sevgim mənim” kitabında da məlumat verib.
APA