Milyoner oldu, amma həyatını dəyişmədi - FOTO
2.7.2013

İngiltərədə 2007-ci ildə "Cek-pot" udaraq 12.3 milyon funt-sterlinqin (14 milyon 678 min manat) sahibi olan Devid Eşkroftun həyatında heç nə dəyişməyib. Daha əvvəl olduğu kimi yenə də mebel ustası işləyən Eşkroft sadəcə sürdüyü avtomobilin bir az bahalısını alıb.

Ata-anasına və bəzi qohumlarına yardım edən Eşkroftun qonşuları da onun sadə həyat tərzi sürdüyünü deyirlər. Hazırda valideynləri ilə birlikdə yaşayan Eşkroft 16 yaşında məktəbdən ayrılaraq mebel ustası işləməyə başlayıb. O, həyatından məmnun olduğunu bildirib.

ANS PRESS