Macar pəhləvan Jolt Sinka Ginnesin Rekordlar Kitabına düşən yeni rekord vurub. O, 50 ton ağırlığındakı A320 sərnişin təyyarəsini dişləri ilə 40 metr dartıb.
Budapeşt beynəlxalq hava limanındakı rekord 52 saniyə davam edib.
Pəhləvan dişləriylə təyyarəni dartanda çətinlik çəkmədiyini deyib.
"Popay" ləqəbli Sinka əvvəllər dişləriylə yanğınsöndürən maşınları və qatarları dartmışdı.