Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu aqrometeoroloji şərhi açıqlayıb.
ETSN-in Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, isti və yağmursuz hava şəraitindən sonra iyulun 2-si axşamdan başlayaraq 6-dək havanın qeyri-sabit və yağıntılı keçməsi dənli bitkilərin biçinini çətinləşdirəcək.
Temperatur rejiminin ötən günlərlə müqayisədə bir qədər aşağı enməsi bitkilərin boy atmasına və inkişafına təsir etməyəcək, yağıntılar isə torpaqda məhsuldar rütubət ehtiyatının bir qədər artmasına səbəb olacaq.
Hava şəraitinin qısa icmalına gəlincə qeyd olunur ki, yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti üstünlük təşkil edəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı düşəcək.
APA