İsmayıllıda səyyar sərgi keçirilmişdir
2.7.2013

“Baku Creative Center”in “Azerbaijan Art Festival-2013” layihəsi çərçivəsində İsmayıllı Rayon Dövlət Rəsm Qalereyasında regionlar üzrə sayca səkkizinci səyyar sərgi keçirilmişdir.

17 rəssamın 40-dək əsəri nümayiş olunmuşdur.

Sərgi çərçivəsində incəsənətə marağı olanlar üçün ustad dərsləri təşkil edilmişdir.

Layihənin əsas məqsədi səyyar sərgilər və ustad dərsləri sayəsində ölkənin digər şəhər və rayonlarında sadə insanların incəsənətə dair bilikləri və marağını artırmaq, yaradıcı potensialı olan gəncləri üzə çıxarmaq, onlara dəstək verməkdir.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Nar mobile”nın baş sponsorluğu ilə reallaşdırılan layihə turne şəklində qalereyaya malik şəhər və rayonların ərazisini əhatə edir və hər bir regionda iki gün müddətində keçirilir.

AzərTAc