Gəncədə Nizami Muzeyi tikiləcək
15.12.2011

Gəncədə Nizami Muzeyi yaradılacaq. Milli Elmlər Akademiyasının Gəncə Regional Elm Mərkəzindən verilən məlumata görə, yaxın vaxtlarda təməli qoyulacaq muzey Gəncənin Bakı istiqamətində çıxışında Nizami Məqbərəsi yaxınlığında inşa ediləcək.
Muzeydə dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin əlyazmaları, ona aid miniatür işlər, dünya alimlərinin Nizami Gəncəvi barədə söylədikləri fikirlər və digər eksponatlar toplanacaq.