İyulun 2-də Beynəlxalq Mətbuat Mərkəzində “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Yeni uşaq mahnıları – 2013” ümumrespublika müsabiqəsinin təqdimatı olmuşdur.
Müsabiqə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində reallaşdırılır.
Tədbirdə müsabiqənin keçirilmə qaydalarının müzakirə edilmiş, uşaq mahnılarına dair əhali arasında keçirilən sorğunun nəticələri açıqlanmışdır.
Bildirilmişdir ki, müsabiqədə peşəkarlarla yanaşı, həvəskar bəstəkar və şairlər də iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunan mahnılar uşaqların gündəlik həyatını, vətənpərvərliyi, dostluğu və s. mənəvi keyfiyyətləri əhatə etməlidir.
AzərTAc