Soçidən Bakıya daimi reys açılıb
2.7.2013

Soçi Beynəlxalq Hava Limanından Bakıya yeni daimi reys açılıb.

Trend-in çərşənbə axşamı İTAR-TASS-a istinadən verdiyi məlumata görə, "Bars Aero" aviaşirkəti bu marşrut üzrə uçuşları həftədə iki dəfə həyata keçirəcək.

Yol müddəti 1 saat 15 dəqiqə təşkil edəcək. Uçuşlar 500 sərnişin tutumlu "Bombardier CRJ-200" təyyarələrində həyata keçiriləcək.