Böyük Britaniyanın BBC telekanalının hava proqnozu aparıcısı Vendi Harrel ölkədə müzakirə mövzusuna çevrilib.
Aparıcı hava proqnozunu çatdırdıqdan sonra gülümsəyərək, sözü xəbərlər buraxılışının aparıcısı Riz Latifə verir və kameraların hələ də onu çəkməsindən xəbərsiz olaraq üzü hirsli bir ifadə alır və gözlərini süzür.
Bu anı əks etdirən kadrlar sosial şəbəkələrdə yayıldıqdan sonra Vendi Harel qınaq və gülüş obyektinə çevrilib. Hava proqnozu aparıcısı isə "Twitter" hesabı ilə açıqlama verərək, studiya aparatlarında baş verən nasazlıqdan dolayı hirsləndiyini deyib.
VİDEO
ANS PRESS