Azərbaycan səhiyyəsində daha bir ilk
3.7.2013

Azərbaycanlı həkimlər daha bir ilkə imza atıblar. Neftçilər xəstəxanasının cərrah-transplantoloqu, həkim Eldar Əhmədov bildirib ki, xəstəxanada laparoskopik adrenalektomiya üsulu ilə əməliyyat aparıblar.

"Son illərdə böyrəküstü vəziylə aid xəstəlilklərin cərrahi müalicəsində ən çox istifadə olunan üsullardan biridir laparoskopik adrenalektomiya ilk olaraq 1992-ildə рəkim-сərrah Qaqner tərəfindən icra edilib. Bu əməliyyatın açıq adrenalektomiyaya üstün olduğu tərəfləri xəstəxanada daha az qalma zamanı, əməliyyatdan sonra ağrıda azalma əməliyyatdan əvvəl vəziyyətinə erkən zamanda qayıtma, daha üstün kosmetik nəticə əldə edilməsidir", - deyə o vurğulayıb.

Bu yolla ilk əməliyyat 54 yaşlı Səkinə Qasımova üzərində aparılıb. Xəstə təqribən 15 ildir yüksək təzyiqdən əziyyət çəkib. Aparılan müayinələr nəticəsində xəstədə sol böyrəküstü vəzidə təqribən 3x3 sm ölçülərində törəmə və törəmənin funksiyonal olaraq aktiv olduğu yəni, aldosteron hormonu normadan cox sintez etdiyi müəyyən edilib. 4 ədəd 5-10 mm-lik dəlikdən lapaskopik adrenalektomiya əməliyyatı uğurla icra edilib. Əməliyyat təqribən 3 saata tamamalanıb.

Həkimin sözlərinə görə, xəstə əməliyatın 2-ci günündə hec bir təzyiq düşürən dərman preparatı istifadə etmədən normal arterial təzyiqlə evinə göndərilib: "Ümumiyyətlə bundan sonrada biz bu tip əməliyyatların sayının daha çox artırılmasını düşünürük. Güman edirəm ki bu səhiyyəmizin yeni nailiyyətlərindən sayıla bilər".

ANS PRESS