Makiyaj trendlərində gözlərin ecazkar təsiri davam edir. Dumanlı gözlərlə başlayan təsir hər mövsüm fərqli texnikalarla yenilənir. Kenzonun yeni kolleksiyasında da geyimlərin üzərindəgöz şəklinə xüsusi yer verilib. Kenzo markasının 2013 və 2014 qış dəfilələrində modellərə çəkilən makiyaj yeni mövsümdə dəbə minəcək. Xanımlar göz qələmini gözün üstünə çəkir lakin gözün altına çəkilən modelin qadınlar tərəfindən seviləcəyi hələ bilinmir. Bunu zaman özü göstərəcək.
Publika.Az