Elizabet Teylora məxsus mirvari rekord məbləğə satıldı (Video)
15.12.2011

Bir zamanlar krallar və kraliçaların gəzdirdikləri nəhəng mirvari dünən satılıb. Mirvari dünya kinosunun əfsanəsi, Hollivudun mərhum ulduzu Elizabet Teylora məxsusdu. GoMap.az portalı Milli.az saytına istinadən bildirir ki, mirvari Nyu-Yorkda 11,84 milyon dollara alınıb.
Əsrlər boyu rəssamların böyük vəchlə əks etdirdikləri, Avropa hökmdarlarının əldə etməyə çalışdıqları "La Peleqrina" mirvarisini Teylora onun əri Riçard Berton 1969-cu ildə almışdı.
"Cartier" boyunbağısındakı mirvariyə "Christie`s" hərrac evinin ekspertləri 3 milyon dollar qiymət qoysalar da, hərracda qiymət dəfələrlə artıb.
"Christie`s" hazırda Teylorun paltar və zinət əşyaları kolleksiyasını satır.
Həyatında 7 dəfə ərə getmiş Elizabet Teylor 2011-ci ilin martında, 79 yaşında dünyasını dəyişib.

Video