Louis Vuitton 2014 Resort Kolleksiyasını nümayiş etdirib. Louis Vuitton 2014 Resort Kolleksiyasında şalvar və pencək dəstləri, bol kəsim şalvarlar və bluzlar diqqət çəkir. Tuvid parçasının çox istifadə edildiyi kolleksiyada aksessuar olaraq sarı, mavi, ağ, tünd göy və bənövşəyi rəng sabolar var. Louis Vuittonun baş tdizayneri Marc Jacobs, Resort kolleksiyasına etnik naxışlardan ibarət geyimlər də əlavə edib. Kolleksiya soyuq təəssürrat yaratsa və həmişəki tərzindən kənara çıxmasa da, sadiq müştərilərini sevindirəcək.
Publika.Az