Borçalı sakininin qeyri-adi bacarığı
15.12.2011

Gürcüstanın Marneuli şəhərində yaşayan 40 yaşlı azərbaycanlı Etibar Budaqlı (Elçiyev) bədəni dəmiri maqnit kimi saxlayır. O, sinəsinə 50 qaşıq düzüb, əl vurmadan ayaq üstdə nümayiş etdirir.
Tiflis Texniki Universitetinin “Rekord” idman klubunun məşqçisi Şalva Keldişvili bildirib ki, bu göstəricilərlə Etibar Ginnesin Rekordlar Kitabına düşə bilər. Onun videogörüntüləri Ginnesin Rekordlar Kitabına düşmək üçün iki həftə ərzində Londona göndəriləcək.
E. Budaqlı bədənində olan bioenerjini çoxdan hiss etdiyini bildirib: “Mən ilk dəfə əllərimlə anamı müalicə etməyə başladım. Anam yeriyə bilmirdi. Tez-tez dizləri tutulurdu. Əllərimlə ona toxunub, masaj kimi hərəkətlər edəndən sonra indi anam sap-sağlam olub və sərbəst gəzə bilir. Bacım uşaqlarının da bədənlərində maqnit qüvvəsi var. Ümumiyyətlə, bizdə nəsillikcə belə bioenerji mövcuddur”.

APA