İlham Əliyev “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nı təsdiqləyib
16.12.2011

Prezident İlham Əliyev “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Nazirlər Kabinetinə tapşırılıb ki, aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu sərəncamla təsdiq edilmiş Dövlət Proqramının icrasını təmin etmək üçün zəruri tədbirlər görsün, İqtisadi İnkişaf Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və onun icrasının gedişi barədə ildə bir dəfə prezidentə məlumat versin.