İndoneziyanın Bali adasında “Regent Bali“ dəbdəbəli oteli istifadəyə verilmişdir. Otel hava limanından yarım saatlıq yolda olan Sanur kurort zonasında yerləşir.
Otel turistlərə 94 süit otaq təqdim edir. Hər nömrədə geniş qonaq otağı vardır. Qonaqlar, həmçinin iki yataq otağı, özəl hovuz, isti jakuzi, özəl SPA otağı, ayrı-ayrı yemək və yaşayış sahəsi, iki lüks vanna otağı olan bir villada qala bilərlər. Yeni otel tropik bağları ilə əhatə olunmuş və özəl çimərliyi vardır.
İyulun 14 –dək “Regent Bali” otelində turistlər xüsusi qiymətlərdən yararlana biləcəklər.
AzərTac