Qoç - Fürsət gözləmək və hərəkətsiz dayanmaq lazım gələcək. Bu, sizə əzab versə də, bununla barışmalı olacaqsınız. İşgüzar aktivliyin aşağı olması bu gün sizin üçün vacib işləri həll edilməmiş qoyacaq. Bu, ciddi əsəbilik yaradacaq, əhvalınız korlanacaq.
Yaxınlarınızdan pis sürpriz gələcək. Sən demə, sizin uzun müddətdir fikrinizdə tutduğunuz və böyük ümidlər bəslədiyiniz planlar onların ürəyincə deyil. Bəzi Qoçlar bu günə nəzərdə tutulan səfərlərdən və digər əyləncələrdən imtina etməli olacaqlar. Maddi itkilər də istisna deyil.
Buğa - Deyəsən, bu gün heç kim əməlli-başlı işləmir. Ona görə də nə qədər möhtəşəm və gözəl planınız olsa da, müttəfiqləri yalnız Buğalar, Qızlar və Oğlaqlar arasında axtarmaq lazım gələcək. Digər bürclərin nümayəndələri ilə danışıqlar hədər vaxt itkisidir.
Yaxşı işin mükafatı əla istirahət olacaq. Bu gün ürəkdən əylənə və şənlənə bilərsiniz. Bunun üçün yoldaş tapmaqda çətinlik çəkməyəcəksiniz. Səfərlər və ekskursiyalar üçün əla gündür.
Əkizlər - Sizə tamamilə aydındır ki, nəsə faydalı və vacib işlə məşğul olmaq lazımdır. Lakin o da aydındır ki, bunu heç istəmirsiniz. Lakin ulduzlar bütün problemləri şəxsən həll etməyi, icraçı axtarmamağı tövsiyə edir. Güvənməyə öyrəşdiyiniz adamlar bütün məsələlərdə sizi pis vəziyyətdə qoya bilərlər.
Təəssüf. Sizdən həm peşə sahəsində yox, şəxsi həyatdakı uğurlar da üz çevirib. Sülhpərvərlik və güzəşt nümayiş etdirmək asan deyil. Amma bunu etməlisiniz. Çünki incikliklərdən başqa cür yaxa qurtarmaq mümkün deyil. Yaxınlarınızın probelmləri yarana bilir. Onların həlli üçün ciddi xərcə düşə bilərsiniz.
Xərçəng - Əgər xüsusi təşəbbüskarlıq göstərməsəniz, gününüz pis keçməyəcək. Möhtəşəm planlar, irimiqyaslı layihələr və uğurlu danııqların vaxtı bir qədər sonra gələcək. Hələlik cari işlərlə məşğul olun və yorulmamağa çalışın. Sizi zəngin axşam gözləyir.
Kübar Xərçənglər üçün əla gündür. Onlar getdikləri hər yerdə parlayacaqlar. Maraqlı görüşlər gözlənilsə də, ciddi münasibətlərin başlanması ehtimalı çox ahdır. Vaxtınızı köhnə dostlarla keçirə bilərsiniz. Yeri gəlmişkən, bu gün onlardan qeyri-adi cəlbedici təkliflər alacaqsınız.
Şir - Gün nəzərə çarpan heç nə vəd etmir - nə pis, nə də yaxşı. Problemlər yaranmayacaq. O vaxta qədər ki, onları özünüz özünüzə yaratmayacaqsınız. Məsləhətləşəcək adamınız olmayacaq. Kiməsə bel bağlamağa da dəyməz. Ona görə də əgər nə iləsə məşğul olmağı planlaşdırırsınızsa, təkbaşına fəaliyyət göstərməyə hazır olun.
Gün yeni romanlar vəd etmir. Lakin mövcud münasibətlərin davam etdirilməsi və ya köhnə münasibətlərin bərpası üçün əlverişli şərait yaranacaq. İntuisiyanızı dinləməklə improvizasiyalar etmək olar. Bu gün intuisiyanız sizi aldatmayacaq.
Qız - Əgər təkbaşına fəaliyyət göstərsəniz, pis işləməyəcəksiniz. Qız, Oğlaq və Buğalarla birlikdə əla nəticələr də əldə edə bilərsiniz. Eksperimentlər məsləhət deyil. Ən yaxşısı sınanmış və etimabrlı üsullardan istifadə etməkdir. Sərfəli sövdələşmə şansı var.
Gün təkcə iş baxımından yox, həm də şəxsi nöqteyi-nəzərdən də əlverişlidir. Küsülü yaxınlarınızı barışdıra, sizə əziz olan adamla münasibətləri yolun qoya bilərsiniz. Romantik məşğuliyyət mümkündür. İlk baxışdan məhəbbət də istisna deyil.
Tərəzi - Böyük səbirsizliklə gözlədiyiniz hadisələr qeyri-müəyyən vaxtadəktəxirə salınır. Bununla heç nə etmək mümkün deyil. Lakin vəziyyətlə o dəqiqə barışmayacaqsınız. Əvvəlcə hiddətlənəcək və dərindən pərt olacaqsınız. Qeyri-sabit emosional fon işinizə mane olacaq. Tez-tez səhvlər buraxacaq, ən sadə məsələlər qarşısında donub qalacaqsınız.
Günün ikinci yarısı sakit düşüncə zamanıdır. Yaranmış vəziyyəti təhlil edin və bundan sonra nə etməyin lazım olduğunu anlayacaqsınız. Həyat potensialı yüksək olacaq.
Əqrəb - Bu gün asan qələbələrə ümid etməyə dəyməz. Uğur mümkündür. Lakin onu əldə etmək çətin vəzifədir. Hər şeyi müstəqil şəkildə etməyə cəhd etməyin. Yaradıcılıq potensialı aşağıdır, özünüzü ifadə etməkdə problemlərlə qarşılaşa bilərsiniz.
Yaxınlarınızdan mütləq və şərtsiz anlayış tələb etməyin. Ətrafdakılara nə istədiyinizi izah etməyə ərinməyin. Demək olar ki, hamı sizə yardım etməyə hazırdır. Sadəcə olaraq, bəziləri o dəqiqə düzgün istiqamət götürə bilmirlər. Bu gün pul gəliri mümkündür.
Oxatan - Uğursuz gündür. Bəzi Oxatanlar nikbinliklərinin sarsılmazlığına şübhə etməyə başlayacaqlar. Bununla belə, təslim olmayacaqsınız və bu, düzgündür. Axşama doğru neqativ tendensiyalar sizin dirənişinizə müqavimət göstərmək yoluracaq və döyüş meydanını biabırçı şəkildə tərk edəcəklər.
Bu gün çox güclüsünüz və ətrafdakılar da bunu görürlər. Heç kimə sizinlə manipulyasiya etmək imkanı verməyin. Əks təqdirdə, özünüzün yox, başqalarının hədəfləri uğrunda xeyli vaxtınızı itirə bilərsiniz.
Oğlaq - Bu gün çox işləməli olacaqsınız. Özü də tək özünüzün yox, başqalarının da əvəzinə. İş gözləmir, ətraf isə avara ilə doludursa, nə etmək olar? Görsəniz ki, işlərin öhdəsindən tək gələ bilməyəcəksiniz, o zaman Buğa, Qız və ya Oğlaq bürcündən olan kimisə yardımsa çağırın. Bu bürclərin təmsilçilərinə güvənmək olar.
Günün emosional fonu əlverişlidir. Bütün çətinlik və problemlərə baxmayaraq, əla ovqatınızı qoruyacaqsınız. Axşam kiçik məclis üçün münasibdir. Yəqin ki, buna bəhanə tapılacaq.
Dolça - Hələlik işləriniz yaxşı getməsə də, tezlklə hər şey yaxşı olacan. İndi paravozun qabağında qaçmaq yox, səbrlə gözləmək lazımdır. İntellektual məşğuliyyət vaxtı keçirməyə kömək edə bilər.
Günün ikinci yarısını əyləncə planlaşdırmasına həsr edin. Əyləncəni yaxın istirahət günlərinə, Yeni il tətilinə və ya gələn yaya təyin etməyinizin fərqi yoxdur. Əsas odur ki, bu mövzuda düşünmək ovqatınızı yüksəldə bilər.
Balıqlar - Bu gün bəxti gətirməyən bürcdənsiniz. Odur ki, çətin günə hazırlaşın. Günün birinci yarısında yalnız başla işləməyə çalışın. Əl işlərində heç nə alınmayacaq. Planlaşdırılan səfərləri ləğv etmək və ya başqa vaxta keçirmək məsləhətdir. İş danışıqları və digər vacib görüşlər gözlədiyiniz nəticəni verməyəcək.
Şəxsi həyatınızda ciddi problemlər yarana bilər. Bəzi Balıqlar növbəti dəfə “yekun” qərar versələr də, həmişəki kimi onu həyata keçirməyəcəklər. Bəziləri isə heç bir qərar verməyəcək və axşama qədər heç özlərinə də məlum olmayan səbəbdən kədərlənəcəklər. Günün sonunda emosional fon sabitləşəcək.