Qoç - maraqlı və xoş məşğuliyyət günüdür. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün haldan düşməyiniz gərək deyil.
İşləriniz avanddır, yaxın ətrafınızdakı insanlar da sizə yardıma tələsir. Sənədləşdirmə, səfərə hazırlıqla məşğul olmaq olar. Çoxdan arzuladığınız səyahəti reallaşdırmaq olar.
Əhvalınız yaxşı olacaq. Günün ikinci yarısında işlərinizə və həyatınıza qarışmaq istəyəcəklər. Buna imkan verməyin. Kəskin intuisiyanız sizi bir çox problemlərdən hifz edəcək. Yaxın gələcəkdəki hadisələr arasında ən önəmlisini proqnozlaşdıra bilərsiniz.
Hisslərinizə inanın, amma emosional olmayın. Bədxahın tələsinə düşməyin, yalana inanmayın.
Buğa - gün emosional fonun qeyri-stabilliyi ilə fərqlənir.
Vaxtınızı xırda işlərə və mənasız detallara sərf etməyin. Mənasız işlərə görə əsəbləşməyin. Yaxın bildiyiniz insanların sizi anlamaması hissi yaranar.
Depressiyaya qapılmayın, pərişan olmayıb. Allah sizə bu həyatı verib və sizin əvəzinizə kimsə yaşayan deyil. Öz həyatınızı yaşayın, gərəkli bildiyinizi edin. Dünyanın gərdişinə əyilənədək, dünyanı əyin.
"Tək əldən səs çıxmaz" deyiminin qorxaqlara və ən kiçik çətinlikdən sonra süst qalanlara xas olduğunu unutmayın. Lider olun, öz həyatınızı yaşayın. Yeni dostlar aramağa çalışmayın - kimə gərəkdirsə, qoy, o sizi tapsın.
İşdə bütün diqqətinizi mühüm saydığınız məsələyə yönəldin.
Unutmayın ki, əhvalınız sizdən asılıdır.
İstəsəniz, özünüzü bəxtəvər hiss edə bilərsiniz.
İri sövdələşmələr üçün əlverişli gün deyil.
Əkizlər - birmənalı gün deyil. Dürüst davranış istiqaməti seçin. Yüz ölçüb, bir biçsəniz, düşünülmüş addım ataraq sonradan sizi peşman edəcək səhvlərə yol verməyəcəksiniz.
İşgüzar tərəfdaş və ya iş yoldaşı ilə münasibətlərdə problemlər yarana bilər. Əsla güzəştə getməyin. Tərbiyəsizlik edənin cavabını verin, hüquqlarınızı tapdalamağa və ya nüfuzunuza zərbə vurmağa çalışana sərt, adekvat reaksiya verin.
Yaxınlarınızla münasibətlərinizin niyə belə olduğunu, hisslərinizi anlayacaqsınız. Yeni məqsədlərin yaranması, dəyərlərin təftişi istisna deyil.
Bu gündən etibarən həyatınızda müsbət dəyişikliklər etməyə başlayın.
Haydı, ilk addım atmaq zamanıdır...
Xərçəng - işgüzar təmaslar, danışıqlar, müzakirələr üçün əlverişli vaxtdır. Yeni iş, sifariş və layihəni mütləq şəkildə, tələsmədən nəzərdən keçirin.
Təfərrüatlara xüsusi diqqət yetirin. Əks cinslə münasibətlərdə sayıq, həssas olun. Sizdən istifadə etmək üçün hisslərinizlə oynamağa, şirnikdirməyə çalışacaqlar.
Qəfil gəlir, maddi durumunuzun yaxşılaşması mümkündür.
Vədlər və sözlər üçün işləməyin: əməyinizin dəyərini bilin. Yaltaq, karyerist, çörəyi dizində olan insanla münasibətləri kəsin. Belə məxluqlardan sizə yalnız ziyan gələcək.
Günün ikinci yarısındakı görüşlər təsadüf deyil. Sayğıya layiq insanla qarşılaşacaqsınız. Uğur əldə etmək üçün çox çalışın.
Axşam saatlarında ev işləri ilə məşğul olmaq olar. Amma istirahəti də unutmayın.
Şir - sayıq olun. Sizin üçün çox mühüm ola biləcək məlumat ala bilərsiniz. Yaxın gələcəklə bağlı planlar dəyişir. Həyatınızı yaxşılaşdırmaq, maddi durumunuzu normallaşdırmağın yollarını fikirləşin.
Qətiyyətli qərarlar və addımlardan qorxmayın. Cəsarətli olun - işləriniz alınacaq.
Sevdiyiniz insanla münasibətlərinizə xüsusi fikir verin. Uşaqlar və yaşlılarla münasibətəriniz pis deyil.
Amma münasibətlərlə irəliləmək mümkün deyil. Fəaliyyət sahənizdə aktivləşin, işə daha ciddi yanaşın.
Qız - işgüzar sahədə qəfil, gözlənilməz dəyişikliklər olacaq. Problem yaşanan hadisələrdə yox, bu olaylara sizin münasibətinizdədir.
Bəlkə başqa işlə məşğul olasınız, iş yerini dəyişəsiniz? Günlərinizin bundan sonra da belə rutin, yeknəsək keçməsi, orta səviyyədən də aşağı yaşamağı istəyirsinizsə, heç nə etməyin və hər şey olduğu kimi qalsın.
Günün emosional fonu çox mürəkkəbdir. Nigaranlıq, təşviş, narahatlıq enerjinizi vampir təki udur. Romantik tanışlıqlar və təmaslar üçün əlverişli vaxt deyil.
Çox mühüm olduğunu düşündüyünüz görüş puç xülyalardan savayı heç nə vəd etmir.
Tərəzi - işdə əhəmiyyətli uğura nail ola bilərsiniz. Danışıqlar, müzakirə və ya sövdələşmədə ciddi olun, yalan vədlərə inanmayın, təxribata uymayın. Hadisələrin gedişatı əhəmiyyətli dərəcədə sizin mövqelərinizdən asılıdır.
Bədbin olmayın, özünüzü zəif saymayın. Ruh yüksəkliyi və əzminiz nə qədər yüksək olarsa, yaxın ətrafınızdakı insanlar şərtlərinizlə bir o qədər tez razılaşarlar. Alış-veriş üçün uğurlu gündür.
Baş verən hadisələri aramla təhlil edin. Ətrafınızdakı insanların fikir vermədikləri xırdalıqları görün. Ötənlərdə etdiyiniz hərəkətlər və əməllərinizin təhlili səhvlərin təkrarlanmasının qarşısını ala bilər.
Əqrəb - əhvalınız pisləşə bilər. Səhər saatlarından etibarən aktiv çalışın, maneələrə və sizi seçdiyiniz yoldan sapdırmaq istəyən insanlara fikir verməyin. Ətrafınızdakı adamların davranışını tənqid etməyin. İzafi tələblər və pedantizm mənasızdır.
Mənfi təmayüllərin təsiri uzunmüddətli olmayacaq. Vəziyyətiniz az sonra stabilləşəcək.
Kiçik uğurlara sevinin, istənilən işə yaradıcı yanaşın. Xoşbəxtlik və bəxtəvərliyin nə olduğu barədə çox düşünməyin. Sadəcə, sizə özünüzü yaxşı hiss etməyə imkan verən işlərlə məşğul olun.
Oxatan - işgüzar perspektivlər baxımından uğurlu gün deyil. Problemlər əsla gözlənilməyən vaxtda və yerdə yaranır. Müttəfiq və dost saydığınız insanlar sizə yardım etmir. Çətinlikləri təkbaşına qət etmək məcburiyyətində qalacaqsınız.
Amma ruhdan düşməyin. Əzmli olun, özünüzə inanın. Son vaxtlar gəlirləriniz az, maddi durumunuz ürəkaçan olmasa da, irəliləyin. Axına qarşı gedin.
Şəxsi münasibətlərdə hər şey yaxşı deyil. Qısqanclıq və mənasız, əsassız şübhələrdən qorunun. Sevdiyiniz insanla səmimi olun.
Oğlaq - ətrafınızdakı insanların haqqınızda nə düşündüyünü öyrənin. Belə "rəy sorğusu" məqsədə aparan yolda hansısa sədin yaranmasının qarşısını almaq üçündür. Uğurlu insana çevrilmək üçün növbəti mərhələni keçməyiniz gərəkdir.
Fəallığınız az sonra aktual probleminizin həllində sizə yardımçı ola biləcək insanda rəğbət hissi yarada bilər.
Bədbin olmayın. Yaşam proseslərinə marağınızı gücləndirin. Axşam saatlarına yaxın əhvalınız düzələ bilər.
Travma riski var, ehtiyatlı olun.
Dolça - sakit çalışmaq, əsəbləşməmək, emosiyasız davranmaq asan deyil. Ətrafınızdakı bəzi insanların hərəkətləri ciddi qıcıq yaradır.
Onların arasında səbrinizi yoxlayanlar da var. Bədxahlar bu gün xüsusilə fəaldır. Amma təmkinli olun, soyuqqanlı hərəkət edin.
Münaqişəyə rəvac verməmək üçün əlinizdən gələni edin.
Münasibətlər günün ikinci yarısında bir qədər dəyişəcək.
Narahat olmayın. Təmaslar harmonik inkişaf edəcək, yalnız pozitiv emosiyalar bəxş edəcək.
Balıqlar - anlaşılmazlıq, fikir müxtəlifliyi, mübahisələr məhsuldar işə mane ola bilər. Xırda detallara kəskin reaksiya verməyin.
Mənasız işlərə görə təlaşa düşməyin. Sakitləşin. Həmkarlar və ətrafınızdakı insanlarla münasibətləri səbatlı məcraya yönəldin.
Səhvlərizdən nəticə çıxarmağa can atmağın heç bir mənası yoxdur. Yaxşısı budur ki, faydalı məsləhətlərə qulaq asın, başqasının təcrübəsindən yararlanın.
Günün ikinci yarısında ifrat yorğunluğa səbəb ola biləcək addımlar atmayın.
Üzücü və yorucu işi tamamlayın, istirahət edin.
Milli.Az