Fidan İtaliyanı fəth edir
7.7.2011

Azərbaycan Dövlət Opera Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı, respublikanın Əməkdar Artisti Fidan Hacıyeva bü günlərdə İtaliyadan qayıtmışdır. Dünya opera sənətinin beşiyi sayılan bu ölkənin Montefiore şəhərindəki Teatro Malatestanın səhnəsində iyunun 24-25-də Cakoma Puççininin «Suor Anjelika» operasının premyerası olmuşdur.
Tanınmış rejissor Renato Boitonun quruluş verdiyi tamaşada Fidan Hacıyeva Şahzadə qız rolunda çıxış etmişdir. Tamaşada Suor Anjelika rolunu ifa etmiş Simona Baldonini, habelə Erika Zanaboni, İrena Molinare, Katia Falkone və teatrın digər aparıcı artistləri iştirak etmişlər.