Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın “Şərəf diplomu” ilə təltif edilmişdir
16.12.2011

Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Trayan Besesku Qara dəniz-Xəzər dənizi Əməkdaşlığı və Tərəfdaşlığı üzrə Beynəlxalq Fondun “Şərəf diplomu” ilə təltif olunmuşdur. Bu barədə Fondun 2011-ci ilin yekunlarına həsr olunmuş iclasında məlumat verilmişdir.
Həmçinin bildirilmişdir ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, fondun hazırkı prezidenti Viktor Xmarin və vitse-prezidenti Yulian Fota da bu diploma layiq görülmüşlər.
Yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmış tədbirdə fondun Direktorlar Şurasının üzvləri, ekspertləri, rəsmi şəxslər, vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləri, Rumıniyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və s. iştirak etmişlər.