"Facebook” (http://www.facebook.com/tehsil.gov.az) və "Twitter” (https://twitter.com/tehsilgovaz) sosial şəbəkələrində Təhsil Nazirliyinin rəsmi səhifələri yaradılıb.
Təhsil Nazirliyinin rəsmi saytının verdiyi məlumata görə, nazirliyin fəaliyyəti ilə bağlı yeni məlumatları istifadəçilər bu səhifələrdən də əldə edə bilərlər: "Yalnız yuxarıda qeyd olunan ünvanlar Təhsil Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələridir”.
Təhsil Nazirliyinin rəsmi "Facebook” səhifəsində nazirliyin rəhbər şəxsləri tərəfindən ayda bir dəfə vətəndaşların təhsillə bağlı suallarının cavablandırılması nəzərdə tutulur. Vətəndaşlardan xahiş olunur ki, təhsil sahəsi ilə bağlı sualları ilk növbədə nazirliyin rəsmi elektron poçt ünvanlarına (office@edu.gov.az, qaynar-xett@edu.gov.az) göndərsinlər.
Qeyd edək ki, Təhsil Nazirliyinin rəsmi internet saytında nazirliyin "Facebook” və "Twitter” sosial şəbəkələrindəki rəsmi səhifələrinə keçidlər yerləşdirilib.
ANN.Az